Deputat: Bu, Dünya Bankının Azərbaycana verdiyi dəyəri açıq formada sübut edib | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Bu, Dünya Bankının Azərbaycana verdiyi dəyəri açıq formada sübut edib

16:55 - 15 / 09 / 2022
Deputat: Bu, Dünya Bankının Azərbaycana verdiyi dəyəri açıq formada sübut edib

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatına üzv oldu, beləliklə BMT-nin təsisatlarının ölkəmizdə akkreditasiyası və birgə fəaliyyəti həyata keçirilməyə başlanmışdır.

Əməkdaşlıq etdiyimiz bu təsisatlardan da biri BMT-nin çətiri altında fəaliyyət göstərən Dünya Bankıdır ki, bu gün biz bu əməkdaşlığın 30 illiyini qeyd edirik.

1992-ci il sentyabrın 18-də Azərbaycan Respublikası Dünya Bankına üzv olmuşdur. Keçən 30 illik müddət ərzində yoxsulluğun azaldılmasından başlayaraq ümumi rifaha nail olunması sahəsində, habelə infrastrukturun yaradılması istiqamətində DB Azərbaycanı dəstəkləmiş və böyük layihələri həyata keçirmişdir.

1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hal-hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Bu gün Azərbaycan DB ilə əməkdaşlğın 30 illiyini qeyd edir. Həmin dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfədən artıq böyümüş, yoxsulluq səviyyəsi minimuma endirilmiş, insanların sosial rifahı yaxşılaşdırılmışdır. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına DB ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır.

Hal-hazırda da Azərbaycanda DB ilə birgə icra edilən “Azərbaycanda Məşğulluğa Dəstək” (2020-2025-ci illər), “Regional yollar və inkişaf” (2020-2026-cı illər), “Mütərəqqi Ədliyyə Xidmətləri və müasir məhkəmə infrastrukturu” (2020-2024-cü illər) layihələri əhalinin sosial rifahının yüksəlməsi məqsədilə “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq ədliyyə sisteminin, əmək münasibətlərinin, habelə beynəlxalq idxal və ixrac proseslərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır.

Azərbaycanın keçən müddət ərzində DB ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi layihələr, DB tərəfindən ötən illərdə “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilməsi 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut etmişdir.

Hökumətin həyata keçirdiyi siyasi kontekstdə DB-nin Azərbaycan Parlamenti ilə də səmərəli və qarşılıqlı hörmətə əsaslanmış əməkdaşlığı olmuşdur. Bu gün Azərbaycan Parlamenti də daxil olmaqla 140-dan çox ölkədən olan parlamentarilər üçün əsaslı bir müzakirə platforması sayılan Dünya Bankı və BVF üzrə Parlament Şəbəkəsi uğurla fəaliyyət göstərir. Bu platforma qlobal olaraq DB ilə Azərbaycan hökuməti arasında birgə həyata keçirilən layihələrin qanunvericilik bazasının yaradılması, o cümlədən təkmilləşdirilməsi baxımından qarşılıqlı texniki, ekspert yardımlarının faydalılığını və səmərəliliyini ortaya qoyur.

Bu gün bu münasibətlərin 30 illiyinin qeyd edilməsi eyni zamanda DB-nin Azərbaycanın yeni bir inkişaf mərhələsində iştirakçılığına zəmin yaradır. Belə ki, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ-Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərində BMT-nin çağırışları əsasında ümumi rifaha nail olunması, habelə sülhün və təhlükəsizliyin dayanıqlılığının təmin edilməsi, eyni zamanda iqtisadi və infrastruktur işlərinin əlaqələndirilməsində etibarlı tərəfdaş kimi DB-nin maraqlı olan regional və beynəlxalq təşkilatlarla əlaqələndirmə işlərini öz üzərinə götürərək fəaliyyət göstərməsi üçün də imkanlar yaranmışdır.

Azərbaycan birgə fəaliyyət göstərdiyi istiqamətlərdə tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirməklə gələcək siyasətini də məhz professionallıq, etibarlılıq və qarşılıqlı hörmətin üzərində quraraq “2030 Gündəliyi”nin, habelə razılaşdırılmış bütün qərarların yerinə yetirilməsində özünü hər zaman sadiq tərəfdaş kimi sübut etmişdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
406

Son xəbərlər

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21
Bütün xəbərlər