Zelenski qəzaya düşdü | 1news.az | Xəbərlər
Dünya

Zelenski qəzaya düşdü

09:20 - 15 / 09 / 2022
Zelenski qəzaya düşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə qəzaya düşüb.

1news.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda prezidentin mətbuat katibi Sergey Nikiforov sosial şəbəkə hesabında paylaşım edib.

“Kiyevdə Ukrayna Prezidentinin və onu müşayiət edən maşınlar minik avtomobili ilə toqquşub. Zelenski həkim müayinəsindən keçib, onun səhhətində ciddi xəsarət aşkarlanmayıb”, - deyə o qeyd edib.

Aynurə Xudaverdiyeva

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər