Blinken Paşinyanla telefonla danışdı | 1news.az | Xəbərlər
Ermənistan

Blinken Paşinyanla telefonla danışdı

09:36 - 16 / 09 / 2022
Blinken Paşinyanla telefonla danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında növbəti telefon danışığı baş tutub.

1news.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi Ned Prays mətbuata açıqlayıb.

Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.

Tərəflər söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə ediblər.

Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

Aynurə Xudaverdiyeva

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər