Bayden: “Pandemiya bitdi” | 1news.az | Xəbərlər
Dünya

Bayden: “Pandemiya bitdi”

09:21 - 19 / 09 / 2022
Bayden: “Pandemiya bitdi”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden koronavirus pandemiyasının bitdiyini elan edib.

1news.az “CNN”-ə istinadən xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında deyib.

Baydenin sözlərinə görə, pandemiya artıq bitib:

“Pandemiya bitsə də, COVID19-la bağlı problemlərimiz var, biz hələ də bunun üzərində işləyirik. Fikir versəniz, heç kim maska taxmır, görünür, hamı yaxşı vəziyyətdədir”, - deyə Bayden qeyd edib.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər