Aktiv şengen vizası olan Rusiya vətəndaşları bu ölkəyə daxil ola bilməyəcəklər | 1news.az | Xəbərlər
Dünya

Aktiv şengen vizası olan Rusiya vətəndaşları bu ölkəyə daxil ola bilməyəcəklər

09:33 - 19 / 09 / 2022
Aktiv şengen vizası olan Rusiya vətəndaşları bu ölkəyə daxil ola bilməyəcəklər

Əllərində aktiv Şengen vizaları olan Rusiya vətəndaşları bu gündən etibarən Litvaya daxil ola bilməyəcəklər.

1 news.az APA-ya istinadən xəbər verir ki, Litva Seyminin sentyabrın 13-də qəbul etdiyi qərar qüvvəyə minib.

Buna əsasən, Ukraynada baş verənlər və fövqəladə vəziyyətin dekabrın 15-dək uzadılmasıdır.

Bu hal Polşa və digər Baltikyanı ölkələr tərəfindən də dəstəklənir.

Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin məlumatına görə, avqustda Rusiya Federasiyasının 83 min vətəndaşı Baltikyanı respublikanın sərhədini keçib, o cümlədən Kalininqrad vilayətinə tranzit keçib.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər