Mövlam Şixəliyev 12 il azadlıqdan məhrum olunub | 1news.az | Xəbərlər
Siyasət

Mövlam Şixəliyev 12 il azadlıqdan məhrum olunub

11:01 - 21 / 09 / 2022
Mövlam Şixəliyev 12 il azadlıqdan məhrum olunub

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zaminə buraxılmış Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında həbs olunublar.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər