Fransa mətbuatı erməni vəhşiliyindən yazdı | 1news.az | Xəbərlər
Dünya

Fransa mətbuatı erməni vəhşiliyindən yazdı

14:44 - 22 / 09 / 2022
Fransa mətbuatı erməni vəhşiliyindən yazdı

Fransanın “La Gazette” xəbər portalında Azərbaycannın xarici ölkələrdə, o cümlədən Böyük Britaniya, ABŞ və Fransada yerləşən diplomatik nümayəndəliklərinə mütamadi olaraq radikal qruplaşmalar tərəfindən edilən hücumlar və bu ölkələrdəki polis orqanları tərəfindən bu cür əməllərə qətiyyən reaksiya verilməməsi barədə məqalə dərc olunub.

1news.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən sonra xaricdəki erməni təşkilatları Azərbaycana qarşı ardı-arası kəsilməyən hücumlar təşkil etməyə başlayıb.

“Sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında radikal ermənilər aksiya təşkil etməyə cəhd ediblər. Lakin Amerika polisi erməni millətçilərinin cəhdlərinə heç bir reaksiya verməyib, baxmayaraq ki, Vyana Konvensiyasına əsasən, Amerika dövlət orqanları Azərbaycan səfirliyinin mühafizəsini təşkil etməlidir”, -deyə məqalədə qeyd olunub.

Ötən həftə bir qrup erməni fanatikləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilən hücumdan da bəhs olunan məqalədə vurğulanıb ki, diplomatik nümayəndəliklərin mühafizəsini Fransa polisi yerinə yetirməli olduğu halda, həyatını riskə atan diplomatik nümayəndəliyin əməkdaşı erməni radikallarının binaya soxulmasının qarşısını ala bilib.

“Diplomatik nümayəndələrin təhlükəsizliyi Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq yerləşmə dövlət tərəfindən təmin edilməlidir. Bəs, Vyana konvensiyasına uyğun olaraq Azərbaycan səfirliyinin mühafizəsini təmin etməyə borclu olan Fransa polisi bu zaman harada idi?”,-deyə məqalədə əlavə olunub.

“Ümid edək ki, Azərbaycan səfirliklərinə qarşı törədilən vandalizm aktları lazımi qaydada araşdırılacaq və bu hadisələrə hüquqi qiymət veriləcək. Əks halda belə hallar təkrarlana bilər. Bu isə Azərbaycanla təxribatların törədildiyi ölkələr arasında ikitərəfli münasibətlərə, qarşılıqlı etimada ciddi zərbə ola bilər”,-ddeyə yekun olaraq məqalədə vurğulanıb.

Paylaş:
619

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər