“Bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır” - Ceyhun Bayramov | 1news.az | Xəbərlər
Siyasət

“Bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır” - Ceyhun Bayramov

10:15 - 22 / 09 / 2022
“Bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır” - Ceyhun Bayramov

“Ölkəmizdəki səfirliklərin yüksək standartlarla mühafizə olunmasının təşkili Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir”.

1news.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni radikalların xarici ölkələrdə səfirliklərimizə edilən hücumlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, BMT-yə daxil olan ölkələr Vyana Konvensiyasının üzvüdür və bu konvensiyaya əsasən hər bir ölkə xarici diplomatik missiyanı və diplomatların 100 faiz təhlükəsizliyini təmin etməlidir, bu, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biridir:

“Bu kimi təxribat xarakterli addımlar olduqda, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlar olarkən təhlükəsizliyin təmin edilməsi hər bir qəbul edən dövlətin öhdəliyidir. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, onlar özləri qabaqlayıcı tədbirlər görür, bəzi hallarda isə biz həmin ölkələri məlumatlandırırıq və operativ tədbirlər görülür. Ancaq əfsunlar olsun ki, bəzi hallarda qəbul edən tərəfin reaksiyası və addımları adekvat olmur. Belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları bildirilir. Eyni zamanda, artıq hər hansısa vandallıq, terror məzmunlu hadisələr baş veribsə, onların mütləq şəkildə araşdırılması və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə biz bu gündəliyi davam edirik. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır. Bu məsələ nəzarətimizdə saxlanılacaq”, - deyə nazir qeyd edib

Paylaş:
224

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər