İranda aksiyalar zamanı 10 nəfər güllələndi | 1news.az | Xəbərlər
Dünya

İranda aksiyalar zamanı 10 nəfər güllələndi

11:20 - 22 / 09 / 2022
İranda aksiyalar zamanı 10 nəfər güllələndi

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazların ardı-arası səngimir.

1news.az İran mediasına istinadən xəbər verir ki, hazırda aksiyalar zamanı 10 nəfər güllələndib.

Məlumata görə, etirazçılar polislə qarşıdurma zamanı öldürülüb.

Əlavə məlumat üçün qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər