Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yaydı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yaydı - FOTO

10:02 - 23 / 09 / 2022
Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yaydı - FOTO

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, işçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilən bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib.

Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib.

Deputat bildirib ki, bu hücumlar Azərbaycanın Qarabağ bölgəsinə deyil, onun beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib və tamamilə səbəbsiz və əsassız yerə olub.

Bəyanatda bildirilib ki, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın törətdiyi zorakılıqları qınayır, bu münaqişələr zamanı həyatını itirən şəxslərin və onların ailələri ilə bağlı dərin narahatlıq keçirir.

“Biz Ermənistanı Avropa İttifaqının rəhbərlik etdiyi normallaşma prosesinə ardıcıllıq və sadiqlik nümayiş etdirməyə, dinc dialoqu davam etdirməyə çağırırıq. Ermənistanın son revanşizmi qurulan etimadı sarsıdır. Biz Ermənistanı Azərbaycanla konstruktiv şəkildə və xoş niyyətlə əlaqələr qurmağa, münaqişədən sonrakı problemlərin qənaətbəxş həllinə nail olmağa, ən əsası mina məlumatlarının, itkin düşən şəxlərlə bağlı məlumatların paylaşılmasına, kommunikasiya və nəqliyyat marşrutlarında yaradılan maneələrin aradan qaldırılmasına çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Bob Bləkmən bildirib ki, 31 Avqust 2022-ci ildə Brüssel görüşü zamanı hər iki tərəfin üzərinə götürdüyü yekun hərtərəfli sülh sazişi üzərində birgə işlər intensivləşdirilməsi və görüşdə qaldırılan məsələlər üzərində işlərin davam etdirilməsi zəruridir.

Bəyanatda beynəlxalq icmaların, xüsusilə Britaniyanın Ermənistanı qınamasının zəruriliyinə diqqət çəkilib, Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə hesab verməli olduğu qeyd edilib.

“Biz təcili olaraq Böyük Britaniya hökumətini erməni təcavüzünün dərhal dayandırılmasını tələb etmək üçün digər xalqlara qoşulmağı çağırır, əsassız hərəkətlərini davam etdirdiyi müddətcə Ermənistana qarşı sanksiyaların irəli sürülməsini tələb edirik.

Biz həmçinin Böyük Britaniya hökumətindən Böyük Britaniyanın şəxsi maraqları üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülhə nail olmaq üçün Aİ vasitəçiliyi ilə normallaşma prosesinə öz qəti siyasi dəstəyini verməsini xahiş edirik”, - deyə deputat bildirib.

Paylaş:
353

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər