“Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür - Deputatdan şərh | 1news.az | Xəbərlər
Siyasət

“Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür - Deputatdan şərh

16:26 - 26 / 09 / 2022
“Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür - Deputatdan şərh

“Vətən müharibəsi qaçılmaz idi və uzun illər idi ki, BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən çəkinən və bunu icra edə bilməyən beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycanın rəşadətli ordusu, qəhrəman zabit və əsgərlərimiz, xalqımız və Ali Baş Komandanımız etdi”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. 30 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı təcavüzkar siyasət yeridən və Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edən Ermənistana qarşı əks həmlə hücumları həyata keçirildi, Ermənistanın növbəti təxribatının qarşısı alındı və Azərbaycan silahl qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın dəstəyi ilə torpaqlarımızı işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi qaçılmaz idi və uzun illər idi ki, BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən çəkinən və bunu icra edə bilməyən beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycanın rəşadətli ordusu, qəhrəman zabit və əsgərlərimiz, xalqımız və Ali Baş Komandanımız etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan kapitulyasiya aktını imzaladı və öhdəliklər götürdü. Ancaq təəssüflər olsun ki, ötən müddət ərzində Ermənistan bu öhdəliklərin hələ də bəzilərini yerinə yetirməyib. Bununla yanaşı, mütəmadi olaraq təxribatlar törədir, sülhə kölgə salır. Həm Moskva-Soçi, həm də Brüsseldə keçirilmiş görüşlərdə əldə edilmiş razılaşmalar gözardı edilir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həmişə sülhün yanındadır və beynəlxalq təşkilatlara sanksiyalar və güc tətbiq etməkdən çəkinməməyə çağırır. Əks təqdirdə Ermənistan yenidən regionda əldə edilmiş cüzi də olsa, sakitliyə, sülh ümidlərinə böyük kölgələr sala bilər. Ancaq buna baxmayaraq, Azərbaycanın yanında qardaş Türkiyə durur, xüsusilə Şuşa bəyənnaməsinin imzalanması onu deməyə imkan verir ki, regionda güc sahibi olan Azərbaycan və dünya gücünə çevrilmiş Türkiyə heç bir zaman Azərbaycan torpaqlarının yenidən işğal edilməsinə imkan verməyəcək və erməni təxribatlarının qarşısı rəşadətli ordumuz tərəfindən alınacaq. Ermənistan bu cür təxribatlara davam edəcəyi təqdirdə öz müstəqiliyini şübhə altına sala bilər və onsuz da xaos vəziyyətində olan Ermənistan iqdisadiyyatı və ictimai-siyasi vəziyyət daha da gərginləşə bilər. Bu baxımdan erməni siyasətçilər prosesləri düzgün qiymətləndirməli və ən qısa zamanda sülh imzalanmasına nail olmalıdırlar. Əks halda dəmir yumruq öz işini görəcək”.

Bu müddət ərzində şəhid və qazi ailələrinin həmişə diqqətdə saxlanıldığını söyləyən deputat bu müddət ərzində bir çox iş görüldüyünü qeyd edib:

“Bu müddət ərzində şəhid və qazi ailələri həmişə diqqətdə saxlanıldı. Cənab prezident ilham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə həmin kateqoriyadan olan insanların sosial təminat məsələləri həll edildi, şəhid ailələri mənzillərlə təmin olundu, şəhidlər üçün birdəfəlik müavinətlər verildi, həmçinin şəhid ailələrinin məşğulluq idarələrinin həlli ilə bağlı işlər görüldü. Qazilərimiz də həmişəki kimi diqqət mərkəzində saxlanılaraq onların sağlamlıqlarının yaxşı durumda olması üçün işlər görüldü. Zərurət yarandığı təqdirdə onların xarici ölkələrdə, xüsusilə də Türkiyədə müalicələri təmin edildi. Əzalarını itirmiş qazilərimiz müasir, yeni nəsil protezlərlə təmin edildilər. Həmçinin qazilərimizin məişət problemlərinin həll edilməsi və onların avtomobillərlə təmin edilməsi məsələləri də öz həllini tapdı. Bu gün də bu səpkidə işlər görülməkdədir. Qazi ailələri həmişə başımızın tacıdır və onlara bütün məmurların, vəzifəli şəxslərin və vətəndaşların xüsusi diqqət və qayğı göstərilməsi etməli olduğumuz ilk işlərdən biridir. Cənab prezidentimiz də öz çıxışlarında mütəmadi olaraq bu məsələrə toxunur, hər kəsin bu məsələdə həssas olmasını və qaziləri, şəhid ailələrini diqqətdə saxlamağın vacib olduğunu bildirir.

Bilirsiniz ki, iki il az müddət deyil, ancaq Qarabağ və Şərqi Zəngəzurda ermənilərin etdikləri vandallıqları nəticəsində bu iki il ərzində çox da böyük işlər görmək mümkün deyildi. Lakin cənab prezident işğala son qoyulan ilk gündən etibarən Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfərlər etdi. Həmin ərazilərin abadlaşdırılması üçün Azərbaycan dövləti tərəfindən tədbirlər reallaşdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bütün yol və kommunikasiya xəttlərinin işə düşməsi üçün böyük layihələr həyata keçirilib. “Zəfər yolu” çəkilib və rayonları, şəhərləri birləşdirən yolların inşası davam etdirilir. Çətin relyefi olan rayonlarımıza daha rahat getmək üçün dağlıq ərazilərdən tunellər çəkilir. Bununla, yanaşı, Laçından keçən yolun alternativi inşa edildi və hazırda Azərbaycanda yaşayan erməni əsilli şəxslərin Ermənistanla birbaşa əlaqə qurması üçün alternativ yoldan istifadə edilir. Laçın və ətrafı kəndlər Azərbaycanın ixtiyarına keçdi. Qarabağda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və Zəngilan Beynəlxalq Hava Limanı da ən qısa zamanda istifadəyə veriləcək. Bundan əlavə, Laçında da hava limanı inşasına davam edilir. Bu iki il ərzində bu cür böyük layihələrin reallaşdırılması möcüzə deməkdir. Həmçinin elektrik enerjisi ilə təminat məsələləri, yarımstansiyalar, su elektrik stansiyalarının tikilməsi də davam etdirilir. Bununla yanaşı, Şuşa bir çox beynəlxalq festivallara ev sahibliyi etdi.

Sabah Vətən müharibəsinin başlamasının ikinci ili qeyd olunacaq. Bu keçən iki il ərzində çox böyük işlər görmüşük. Necə ki bu il Ağalı kəndinə “Böyük qayıdış”ın şahidi olduq, eləcə də digər rayonlarımıza qayıdışın da şahidi ola biləcəyik”.

Ayşən İsmayılova

Paylaş:
710

Son xəbərlər

Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28
Bütün xəbərlər