Rusiyada məktəbdə atışma oldu - 13 ölü, 21 yaralı -YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Rusiyada məktəbdə atışma oldu - 13 ölü, 21 yaralı -YENİLƏNİB

13:51 - 26 / 09 / 2022
Rusiyada məktəbdə atışma oldu - 13 ölü, 21 yaralı -YENİLƏNİB

Rusiya Federasiyasının İjevsk bölgəsində yerləşən məktəblərin birinə silahlı basqın olub.

1news.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən 88 saylı orta məktəbdə baş verib.

Bildirilib ki, şagirdlər və müəllimlər məktəb binadan təxliyə edilib.

İlkin məlumatlara görə, məktəbin binasında ağır yaralılar var.

***

Teleqram kanallarında yayılan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb. Onlardan 5-nin uşaq olduğu iddia olunur.

***

İjevsk məktəbində atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb. Onlardan 7-si uşaqdır.

1news.az xəbər verir ki, bu haqda rus mediası məlumat yayıb.

***
Ölənlərin sayı 13-ə çatıb. Bir uşaq kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.

Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.

Paylaş:
1193

Son xəbərlər

Bütün xəbərlər