Ermənistan KTMT-nin təlimlərində iştirak etmədi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan KTMT-nin təlimlərində iştirak etmədi

15:31 - 27 / 09 / 2022
Ermənistan KTMT-nin təlimlərində iştirak etmədi

Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etməkdən imtina edib.

1news.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT təlimlərində iştirak etməməklə bağlı rəsmi məlumat daxil olub. Bunu təsdiq edirik”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, sentyabrın 26-sı Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayıb. Təlimlər oktyabrın 8-nə qədər davam edəcək.

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər