“Bunu təzədən edəcəyəm” - Bayden | 1news.az | Xəbərlər
Dünya

“Bunu təzədən edəcəyəm” - Bayden

10:00 - 04 / 10 / 2022
“Bunu təzədən edəcəyəm” - Bayden

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden 2024-cü ildə Prezidentliyə namizəd olmaq istəyir.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu haqda “Ağ Ev”in keçmiş müşaviri Al Şarptonla şəxsi söhbəti zamanı deyib.

Məlumata görə Bayden “Prezidentliyə namizədliyimi yenidən irəli sürəcəyəm”, - deyib.

Əlavə məlumat üçün bildirək ki, Birləşmiş Ştatların hazırki lideri 78 yaşında vəzifəyə gələrək ölkə tarixinin ən yaşlı ABŞ Prezidenti olaraq tarixə keçib.

Aynurə Xudaverdiyeva

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər