”Bu faciəvi haldır” - Britaniya səfirindən Azərbaycana dəstək | 1news.az | Xəbərlər
Siyasət

”Bu faciəvi haldır” - Britaniya səfirindən Azərbaycana dəstək

11:03 - 04 / 10 / 2022
”Bu faciəvi haldır” - Britaniya səfirindən Azərbaycana dəstək

“Bir neçə gün öncə Azərbaycan torpaqlarına basdırılan minaların partlaması nəticəsində 2 insanın həlak olması və 3 nəfərin yaralanması da faciəvi haldır”.

1news.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould öz rəsmi tviter hesabında yazıb.

“Sentyabrın 17-də Azərbaycan Hərbi Prokurorluğunun bu yaxınlarda sosial şəbəkələrdə yayılan videoların hərtərəfli araşdırılması ilə bağlı verdiyi operativ açıqlamanı alqışlayırıq. Son 30 il ərzində çoxlu faciəli məqamlar olub. İrəliyə doğru yeganə yol dialoqdan keçir. Azərbaycanın XİN-i ilə erməni həmkarı arasında davamlı danışıqları alqışlayıram”, - deyə səfir öz paylaşımında qeyd edib.

Aynurə Xudaverdiyeva

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər