Birləşmiş Ştatların dövlət borcu rekord həddədir | 1news.az | Xəbərlər
Dünya

Birləşmiş Ştatların dövlət borcu rekord həddədir

09:43 - 05 / 10 / 2022
Birləşmiş Ştatların dövlət borcu rekord həddədir

Amerika Birləşmiş Ştatlarının dövlət borcu rekord həddə çatıb.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Ştatların Maliyyə Nazirliyi yayıb.

Maliyyə Nazirliyinin saytındakı məlumat bazasında ümumi dövlət borcu qrafasında oktyabrın 3-nə 31,123 trilyon dollar olaraq qeyd olunub.

Qeyd edilən rəqəm ABŞ-ın indiyə qədərki dövlət borcu üçün rekord göstərici hesab olunub.

Həmçinin yeni rekord, borc səviyyəsinin ilk dəfə 2022-ci ilin fevralında 30 trilyon dollardan yuxarı qalxmasından və COVID19 pandemiyası zamanı hökumət xərclərinin artması ilə 30,012 trilyon dollara çatmasından sonra yığıldığı da qeyd olunur.

Aynurə Xudaverdiyeva

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər