Beynəlxalq insan haqları müdafiəçiləri Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq insan haqları müdafiəçiləri Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb

15:00 - 06 / 10 / 2022
Beynəlxalq insan haqları müdafiəçiləri Ermənistanı Xocalı soyqırımını tanımağa çağırıb

Bu gün BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirilib.

1news.az xəbər verir ki, BMT-nin Cenevrədəki Ofisində keçirilən tədbir “Xocalı : Barışıq üçün etiraf et” Koalisiyası tərəfindən təşkil edilib.

Tədbirdə əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı arasında bənzərliyə diqqəti çəkərək təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsi zamanı baş vermiş ən kütləvi qırğına görə məsuliyyəti hələ də qəbul etməyib. Bu isə post – münaqişə dövründə iki xalq arasında dayanıqlı sülhün əldə olunması qarşısında əsas maneələrdən biridir. “Etibar olmadan barışıq ola bilməz, həqiqət təsbit olmadan isə etibar bərqərar ola bilməz” deyən Munira ana Ermənistanı keçmişi ilə hesablaşmağa çağırıb.

Koalisiyanın təşəbbüskarı, Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin sədri Giorgi Tatar çıxışı zamanı 2020-ci il 10 noyabr atəşkəs razılaşması ilə uzun illər davam edən Qarabağ münaqişəsinə son qoyduğu və xalqlar arasında barışıq üçün tarixi şansın yarandığına diqqəti çəkib. Bu ilin əvvəlində ATƏT platformasında təsis olunan Koalisiyanın bu məqsədə xidmət edəcəyini qeyd edən keçmiş diplomat bildirib ki, yalnız Ermənistan Xocalı soyqırımını tanıyacağı və iki ölkənin cəmiyyətləri arasında bu mövzuda səmimi dialoqun bərqərar ediləcəyi halda barışıq səmimi və dayanıqlı ola bilər.

Tədbirin təşkilatçılarından biri, Fransanın Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin prezidenti Tyeri Valle Azərbaycan-Ermənistan sərhədində ötən ay baş vermiş qarşıdurmadan sonra erməni sosial media seqmentində Azərbaycanlılara qarşı “daha bir Xocalı yaşatmaq” çağırışlarına diqqəti çəkib. Bunu Ermənistanda Xocalı mövzusuna 30 il ərzində qoyulan qadağanın nəticəsi kimi qiymətləndirən fransalı hüquq müdafiəçisi “Ermənistanı Xocalı sindromundan qurtarmağın zamanıdır” deyə vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi XX əsrdə baş verən qətliamlar və xalqlar arasında barışıq təcrübəsindən danışıblar. Ekspertlər qeyd edib ki, bütün müharibələr sonda sülh ilə bitir, lakin münaqişələr zamanı törədilmiş insanlığa qarşı cinayətlər uzun illər xalqlar arasında münasibətləri zəhərləyir. Natiqlər beynəlxalq təcrübədə “keçid ədaləti” modelinə uyğun olaraq cinayəti törətmiş tərəfin ilk olaraq faktı qəbul etməsi, faktı ört-basdır etməməsi, ağrılı mövzular ətrafında tərəflər arasında dialoqun qurulmasının sülhün əldə olunmasında qaçılmaz vasitə olduğunu qeyd ediblər.

Tədbirdə Koalisiya üzvləri tərəfindən aparılan müzakirələr nəticəsində qəbul edilmiş Kommünikedə Ermənistan rəhbərliyinə Xocalı soyqırımını tanımaq çağırışı ifadə olunub. Həmçinin Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında birbaşa dialoq prosesini başlatmaq üçün Koalisiya üzvlərinin yaxın zamanlarda Azərbaycan və Ermənistana səfərlərinin təşkil olunacağı qeyd olunaraq, iki ölkə hökumətinə səfərlərə şərait yaradılması üçün müraciət edilib. Kommünikedə beynəlxalq təsisat və insan hüquqları təşkilatlarına müraciət olunaraq Koalisiyanın məqsədlərinə dəstək vermək barədə çağırış da öz əksini tapıb.

Paylaş:
416

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər