İtaliyanın gələcək Baş nazirinə “100 inək müqabilində” evlənmə təklifi edildi | 1news.az | Xəbərlər
Dünya

İtaliyanın gələcək Baş nazirinə “100 inək müqabilində” evlənmə təklifi edildi

11:33 - 06 / 10 / 2022
İtaliyanın gələcək Baş nazirinə “100 inək müqabilində” evlənmə təklifi edildi

Uqanda Prezidentinin oğlu İtaliyanın gələcək Baş nazirinə maraqlı evlilik təklifi edib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Yoveri Museveninin oğlu Muhoozi Kaineruqaba İtaliyadakı seçkilərdə qalib gələn və Baş nazir olmağa hazırlaşan Giorgiya Meloniyə “100 inək müqabilində” evlənmə təklifi edib.

Yoveri evlilik təklifini Twitterdə paylaşıb:

“Romayadan başlamlıyam, amma 100 inəyi Gömrükdən necə keçirəcəm?” ,- deyə liderin oğlu tvit atıb, sonra da tviti silib.

Qeyd edək ki, bir neçə müddət öncə, Uqanda İtaliyanı işğal etməklə hədələmişdi.

Bu tvittdən sonra Uqanda Quru Qoşunlarının Komandanı Muhoozi Kainerugaba atası Yoveri Museveninin qərarı ilə vəzifəsindən azad edilib.

Aynurə Xudaverdiyeva

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər