Paşinyan dördtərəfli görüş üçün Praqaya yola düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Çex Respublikasına rəsmi səfərə gedir.
1news.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyanın müavini Mqer Qriqoryan açıqlayıb.
Bildirilir ki, Paşinyan Praqaya yola düşdüyü üçün hökumətin iclasına Qriqorqan özü başçılıq edəcək.
Bildirək ki, Nikol Paşinyan Praqada Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Çexiyaya səfər edir.
Sammit çərçivəsində Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirilməyi nəzərdə tutulub.
Aynurə Xudaverdiyeva
489