“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”
“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”.
1news.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
Baş Pokuror bildirib ki, dəfələrlə ermənistanı həmkarı ilə görüşdə buməsələni qaldırıb: “Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.