Prokurorluq: Sentyabr hadisələrində 6 azərbaycanlı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülüb | 1news.az | Xəbərlər
Siyasət

Prokurorluq: Sentyabr hadisələrində 6 azərbaycanlı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülüb

12:39 - 06 / 10 / 2022
Prokurorluq: Sentyabr hadisələrində 6 azərbaycanlı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülüb

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.

1news.az xəbər verir ki, bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırarkən deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir: “Öldürülənlər həm də təcili yardımın sürücüsü və digər tibb işçisi olub”.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər