MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək

17:46 - 07 / 10 / 2022
MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək.

Bu barədə 1news.az MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin arasında baş tutmuş görüşdə müzakirə olunub.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər