“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülhün carçısıdır” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülhün carçısıdır” - Deputat

11:08 - 07 / 10 / 2022
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülhün carçısıdır” - Deputat

“Praqada baş tutan görüşlərdə ilkin nəzərdə tutulan qərarlar onu deməyə imkan verir ki, Azərbaycan öz istəyinə doğru bir addım daha yaxınlaşdı” .

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev 1news-a açıqlamasında deyib.

“Azərbaycan regionda uzunmüddətli sülh və dayanıqlı sülhün əldə olunması üçün irəli sürdüyü təşəbbüslə və təklif etdiyi müzakirə gündəliyi artıq həm Ermənistan tərəfindən həm Makron tərəfindən, həmçinin Avropa İttifaqının moderatorluğu və xüsusilə Şarl Mişelin səyləri nəticəsində mümkün görsənir. Xüsusilə də dördtərəfli görüş öncəsi qeyri-rəsmi Ermənistanın Baş naziri və Türkiyənin Prezidenti, Macarıstanın Baş naziri və Makronun söhbətləşməsi və burada müəyyən müzakirələrin aparılması onu deməyə imkan verirdi ki, bu görüş əvvəlkilərdən xeyli fərqli idi” .

“Azərbaycanın qalib ölkə və mövqelərini gücləndirmiş tərəf olaraq bu görüşə dəvət edilməsi və ümumi fotoda tam mərkəzdə Cənab Prezidentlə Rəcəb Tayib Ərdoğanın bir yerdə dayanmaları və bədən dili ilə verdikləri mesaj Azərbaycanın öz istəklərinə doğru addımla irəliləməsinə bariz nümunədir” - deyə, deputat əlavə edib:

“Dördtərəfli görüş zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması düşünürəm ki, sülhə yaxınlaşmağımızın carçısıdır. Amma biz unutmayaq ki, sonncü Brüssel görüşü zamanı da buna bənzər razılaşmalar var idi. Konkret sülh mətninin hazırlanması üçün XİN-ə təlimat da verilmişdi. Lakin biz sentyabrın 12-13də Ermənistan təxribatının şahidi olduq. Bu əldə olunan razılıqdan sonra biz mövqelərimizi daha da gücləndirmişik. Biz Ermənistanı sülhə məcbur etməliyik, çünki regionda sülh və əminamanlıq olmayacağı təqdirdə, iqtisadi inkişafdan və böyük sərmayelərin qoyulmasından söhbət gedə bilməz. Bu baxımdan sülh həm Azərbaycan, həm Ermənistan üçün, həm də region dövlətləri üçün vacibdir. Biz sülhü dəstəkləyirik”.

Aynurə Xudaverdiyeva

Paylaş:
459

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər