İrlandiyada yanacaqdoldurma məntəqəsində partlayış oldu - 7 nəfər öldü | 1news.az | Xəbərlər
Dünya

İrlandiyada yanacaqdoldurma məntəqəsində partlayış oldu - 7 nəfər öldü

17:02 - 08 / 10 / 2022
İrlandiyada yanacaqdoldurma məntəqəsində partlayış oldu - 7 nəfər öldü

İrlandiyanın Doneqal şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində dəhşətli partlayış baş verib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfərin öldüyü bildirilib.

İrlandiya Milli Televiziyası partlayışda 30 nəfərin yaralandığı məlumatını yayıb.

Partlayış zamanı yanacaqdoldurma məntəqəsi və ətrafdakı avtomobillərə ziyan dəyib, qonşu binanın bir hissəsi dağılıb.

Dağıntılar altında axtarışlar davam edir.

Partlayışın hansı səbəbdən baş verdiyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Aynurə Xudaverdiyeva

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər