Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib

09:27 - 10 / 10 / 2022
Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib

Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Natalya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər