“Ermənistan tərəfindən döyüşən muzdlu şəxslər içərsində Rusiya, Gürcüstan, İran vətəndaşları var idi”
“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən muzdlu şəxslər içərsində Rusiya, Gürcüstan, İran vətəndaşları var”.
1news.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, onların müəyyən bir qismi axtarışa verilib.
“Hər bir halda onlar Azərbaycan qanunları ilə cinayətə cəlb ediləcəklər”, -deyə İlqar Səfərov əlavə edib.
Həmçinin İlqar Səfərov Gəncəyə açılmış atəşlər nəticəsində 6 ailə tamamilə məhv edildiyini də bildirib.
Aynurə Xudaverdiyeva
375