Cavid Osmanov: “Onlar rəşadətli ordumuz qarşısında tab gətirmədikləri üçün mülki əhalini hədəf alırdılar” | 1news.az | Xəbərlər
Siyasət

Cavid Osmanov: “Onlar rəşadətli ordumuz qarşısında tab gətirmədikləri üçün mülki əhalini hədəf alırdılar”

16:45 - 11 / 10 / 2022
Cavid Osmanov: “Onlar rəşadətli ordumuz qarşısında tab gətirmədikləri üçün mülki əhalini hədəf alırdılar”

“Ermənilər istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi boyunca Azərbaycana qarşı hərbi cinayətlər törətmişdilər”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib:
“Buna xalqımıza qarşı edilən etnik təmizləmələr, Xocalı, Meşəli, Qaradağlı və digər ərazilərdə mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, o cümlədən də 44 günlük Vətən müharibəsində döyüş meydanından yüzlərcə kilometr aralıda yerləşən Azərbaycanın şəhər və rayonlarını qadağan olunmuş ballistik və kasetli raketlərlə, həmçinin ağır artilleriyadan atəş açmaları nəticəsində mülki şəxsləri birbaşa hədəf almaları aiddir. Gəncə, Bərdə, Beyləqan, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Xızı və digər yaşayış məntəqələrinə xüsusən də gecə saatlarında mülki əhalini hədəf alaraq atəş açmışdılar və nəticədə 44 günlük Vətən müharibəsi boyunca 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 nəfər yaralanmışdır. O cümlədən 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə və infrastruktura ciddi ziyan vurulmuşdur.


Gəncə şəhərinə 5 dəfə raket atəşi ilə hücum edilib. 2020-ci il 4, 5, 8,11, 17 oktyabr tarixlərində Skat və "Toçka" raketləri ilə atəş açmışdılar. Onlar rəşadətli ordumuz qarşısında tab gətirmədikləri üçün mülki əhalini hədəf alırdılar. Bununla da Azərbaycanın döyüş ruhunu sındırmağa, xalqın gözünü qorxutmağa çalışırdılar. Bu raketlərin əksəriyyətini Ermənistan ərazisindən atmaqla Azərbaycanı təxribata sövq etməyə çalışırdılar. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu müzəffər Ali Baş komandanımızın rəhbərliyi ilə döyüş meydanından bir addım belə geri çəkilmədən yalnız irəli gedərək bütün şəhidlərimizin qisasını aldı.
İstər həmin, istərsə də ondan sonrakı dövrdə Ermənistana törətdikləri hərbi cinayətlərə görə beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq göstərilməyib və Ermənistanın hərbi cinayətlərinə bu gün də göz yumulur. Ermənistanın xalqımıza qarşı hərbi cinayətləri və terroru bu gün də davam edir. İşğal dövründə basdırılmış və sayı bir milyondan çox olan minalar, həmçinin Vətən müharibəsindən sonra basdırılmış qadağan olunan piyada əleyhinə minalar və törədilən hərbi təxribatlar Ermənistanın hərbi cinayətlərinin davamıdır.
Azərbaycan isə Ermənistan mülki şəxslərini hədəfə almamış və bütün müharibə qaydalarına uyğun şəkildə ləyaqətli bir müharibə aparmışdır”.
Ayşən İsmayılova

Paylaş:
424

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər