Ərdoğan Astanada Putinlə görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Astanada Putinlə görüşəcək

13:05 - 12 / 10 / 2022
Ərdoğan Astanada Putinlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya səfərə yollanıb.

1news.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və digər rəsmi şəxslər müşayiət edir.

Türkiyə lideri bu səfər çərçivəsində ölkə Prezidenti Kasım-Jomart Tokayev, eləcə də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər