ABŞ və Ukraynalı Müdafiə nazirləri görüşdülər | 1news.az | Xəbərlər
Dünya

ABŞ və Ukraynalı Müdafiə nazirləri görüşdülər

15:34 - 12 / 10 / 2022
ABŞ və Ukraynalı Müdafiə nazirləri görüşdülər

Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın müdafiə naziri Lloyd Oustinlə ukraynalı həmkarı Oliksiy Reznikov arasında görüş olub.

1news.az xəbər verir ki, bunu L.Oustin tviterdə yazıb.

O, dünya dövlətlərinin rəsmi Kiyevi dəstəklədiyini bildirib.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində, həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclasl keçiriləcək.

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər