“Avropalıların qış üçün odun yığmasında Rusiyanın günahı deyil”
“Rusiya artıq Çin və bir sıra Avropa ölkələri ilə olduğu kimi enerji tədarükü zamanı milli valyutalarla hesablaşmalara keçidi davam etdirəcək”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsindəki çıxışında bildirib.
O, Avropaya uzunmüddətli qaz tədarükü üçün qiymətlərin spot bazarda olduğundan 3-4 dəfə aşağı olduğunu söyləyib:
“Enerji qiymətlərinin artması səbəbindən Avropanın sadəcə olaraq “pul çap edəcəyi” gözlənilir. Qaz üçün spot qiymət mexanizminin formalaşdırılması Avropaya 300 milyard avro itki ilə başa gələcək”,- deyə Rusiya Prezidenti vurğulayıb.
Putin avropalıların orta əsrlərdə olduğu kimi qış üçün odun yığmasında Rusiyanın günahının olmadığını qeyd edib.
Putin bildirib ki, Rusiya Avropa mallarını almağa hazırdır, amma onlar satmırlar. O, Avropanın son onilliklərdəki çiçəklənməsinin Rusiya ilə əməkdaşlığa əsaslandığını xüsusi qeyd edib.