“Putinlə danışmaq kimi bir planım yoxdur”
“G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə danışmaq kimi bir planım yoxdur”.
1news.az xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Prezidenti Cozef Bayden “CNN” telekanalına açıqlamasında deyib.
Jurnalistin sözügedən sammitdə Putinlə görüşmək istəyib-istəmədiyinə dair sualına cavab verən Bayden cavab olaraq Putinlə yalnız bir halda dioloqa keçə biləcəyini açıqlayıb:
“Mən Putinlə görüşmək niyyətində deyiləm, lakin, o, sammitdə mənə yaxınlaşıb desə ki, “Amerikalı Brittni Qraynerin azad edilməsi məsələsini müzakirə etmək istəyirəm”, bax bu haqda düşünmək olar. Hesab edirəm ki, Putinlə danışmağım, vəziyyətdən asılıdır”.
Aynurə Xudaverdiyeva
351