“Ərdoğana təşəkkür etməlisiniz”
“İstanbul sazişinə görə taxıl alan ölkələr Ərdoğana təşəkkür etməlidir”.
1news.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Məhz sizin sayənizdə Ukrayna taxılının xarici bazarlara çıxarılması ilə bağlı sazişi həyata keçiririk. Düşünürəm ki, həmin məhsulları alan ölkələr sizə təşəkkür etməlidirlər”, - deyə Rusiya prezidenti vurğulayıb.
Putin İstanbul sazişi üzrə Ukrayna taxılın çox az hissəsinin kasıb ölkələrə getməsindən təəssüfləndiyini də qeyd edib.
543