ABŞ Konqresi Ermənistana səfər edəcək | 1news.az | Xəbərlər
Ermənistan

ABŞ Konqresi Ermənistana səfər edəcək

17:18 - 13 / 10 / 2022
ABŞ Konqresi Ermənistana səfər edəcək

Gələn həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının böyük nümayəndə heyəti Ermənistana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan deyib.

O, digər təfərrüatları açıqlamaqdan imtina edib.

Qeyd edək ki, sentyabrın əvvəlində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana rəsmi səfərə gələn Konqresin nümayəndə heyətinə rəhbərlik edib.

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər