“Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem görmürəm”
“Praqada dar çərçivədə görüş keçirdik. Bu görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban da iştirak edirdi”.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Paşinyanla görüşü və bu görüş zamanı Zəngəzur dəhlizinə dair müzakirələrin aparılmasına dair suala cavab verərkən deyib.
“Ondan sonra orada bir də nümayəndə heyətləri ilə görüşdük və təbii ki, bu məsələləri də müzakirə etdik. Amma Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem görmürəm”, - deyə Ərdoğan söyləyib.
387