Yunanıstan XİN başçısı Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb
Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, bu barədə Yunanıstan XİN başçısı "Twitter" hesabında bildirib.
"Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayış nəticəsində faciəvi şəkildə həlak olan insanlarla bağlı xəbərdən dərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirəm. Türkiyəli həmkarıma ünvanladığım məktubda başsağlığımı ifadə etdim", Yunanıstan XİN başçısı qeyd edib.
1news.az
467