Avropa İttifaqı Şurasının Prezidenti Türkiyəyə başsağlığı verib
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.
1news.az xəbər verir ki, bu barədə Şarl Mişel rəsmi tviter hesabında paylaşım edib.
“Türkiyədə Bartın kömür mədənində baş verən faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün ictimaiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.
Qeyd edək ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
1news.az