Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 41 nəfərə çatıb - YENİLƏNİB 1 - FOTO
“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”.
1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq:
“İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".
Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.
12:56
Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.
1news.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb.
Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.
11:10
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.
1news.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.