Avropa İttifaqı İrana sanksiya tətbiq etdi | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqı İrana sanksiya tətbiq etdi

17:29 - 17 / 10 / 2022
Avropa İttifaqı İrana sanksiya tətbiq etdi

Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

1news.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin Rəsmi jurnalında yer alıb.

Sanksiya siyahısına daxil edilənlər sırasında İranın Əxlaq polisi və onun rəhbəri də var.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər