Sahibə Qafarova Böyük Britaniya səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Böyük Britaniya səfiri ilə görüşüb

17:29 - 19 / 10 / 2022
Sahibə Qafarova Böyük Britaniya səfiri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, spiker diplomatı bu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin sədri səfirin bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən, Azərbaycan dilində çıxış etməsini yüksək qiymətləndirərək, bunun diplomatın Azərbaycan dili və mədəniyyətinə hörmətinin göstəricisi olduğunu bildirib.

Spiker qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətləri inkişaf edir. Cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Son 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Krallığın "BP" şirkəti enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Spiker Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qeyd edib.

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlarımız arasında sıx əlaqələr qurulub. O, cari il 12-13 iyul tarixində Birləşmiş Krallığa səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Spiker deyib ki, bu, parlamentlərimiz arasında rəhbərlik səviyyəsində ilk səfər olub. Həmçinin Milli Məclisin sədri bu yaxınlarda İndoneziyada keçirilən G20 Parlament Sədrlərinin Sammiti çərçivəsində Ser Lindsi Hoyl ilə növbəti dəfə görüşdüyünü qeyd edib.

Milli Məclisin sədri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunduğu bəyanatını yüksək qiymətləndirib.

Ermənistanın sərhəddə təxribatlar törətməsi haqqında da məlumat verən spiker qeyd edib ki, əgər Ermənistan münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinsə, siyasi iradə nümayiş etdirsə və bu istiqamətdə praktik addımlar atsa, iki ölkə arasında sülh sazişi imzalana bilər. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Ölkəsinin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O xüsusilə, enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib. Fergus Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Səfir ölkəmizin alternativ və bərpa olunan enerji layihələrinin reallaşdırılmasında səylərinin vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, əlaqələrimizin mühüm bir hissəsidir.

O, Azərbaycan Milli Məclisi sədrinin Birləşmiş Krallığa rəsmi səfərini parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirərək, həmçinin spiker Sahibə Qafarovanın kraliça II Elizabetin vida mərasimində iştirakından məmnunluqlarını dilə gətirib.

Fergus Auld regionda sülh və təhlükəsizliyin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
304

Son xəbərlər

Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21
Bütün xəbərlər