Naqif Həmzəyev: “Ərdoğanın bu addımı Azərbaycana dəstəyin bir daha nümayiş etdirilməsidir” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Ərdoğanın bu addımı Azərbaycana dəstəyin bir daha nümayiş etdirilməsidir”

Qafar Ağayev17:15 - 20 / 10 / 2022
Naqif Həmzəyev: “Ərdoğanın bu addımı Azərbaycana dəstəyin bir daha nümayiş etdirilməsidir”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri tarixi bir məqamdan xəbər verir”

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Ötən gün cənab Prezident İlham Əliyev və birinci Vitse-prezident xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının istismara hazır olması ilə bağlı baxış keçirdilər, onlar hava limanı ilə yaxından tanış oldular. Bu gün isə biz Zəngilan Beynəlxalq Hava Limanının rəsmi açılış mərasiminə şahidlik etdik. Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra, bu ərazilərin yenidən abadlaşdırılması və burada normal həyatın bərpa edilməsi üçün Azərbaycan dövləti tərəfindən təxirəsalınmaz işlər həyata keçirilməyə başlanıldı, o cümlədən də yol infrastrukturu, beynəlxalq hava limanlarının tikintisi əsas məqamlardan biri kimi qeyd olunmalıdır. Ötən il məhz Füzuli Beynəlxalq hava limanının açılışında da hörmətli Rəcəb Tayyib Ərdoğan böyük nümayəndə heyəti ilə iştirak etmişdi. Bu gün də Zəngilan Hava Limanının açılışında Azərbaycanın yanında olduğunu bir daha göstərir.

Deputat deyib ki, Şuşa bəyannaməsi imzaladıqdan sonra Türkiyə-Azərbaycan münasibətlərində tamamilə fərqli bir inkişafın şahidi oluruq.

Naqif Həmzəyev

“Bütün sahələr üzrə Azərbaycan və Türkiyə birgə addımlayır, biz bütün çətinliklərin öhtəsindən birgə gəlirik. Bu gün də Şərqi Zəngəzurun mərkəzi hesab edilən, Ermənistan və İranla sərhəd ərazidə yerləşən Zəngilan şəhərində həm beynəlxalq hava limanının açılışı baş tutdu, həm də çox önəmli açılışların şahidi olacağıq. Bu, birbaşa bu ərazizinin iqtisadi potensialının artırılmasına hesablanıb. Bu ərazilər Zəngəzur koridorunun keçəcəyi ərazilərlə eynidir, Naxçıvanla Şərqi Zəngəzuru məhz bu ərazilər birləşdirəcək. Burada çox böyük nəqliyyat şəbəkəsi formalaşacaq”.

N.Həmzəyev deyib ki, Şuşa bəyannaməsi imzalandıqdan sonra Türkiyə Azərbaycan münasibətlərində tamamilə fərqli inkişafın şahidi oluruq.

“Bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilə çox önəmli hadisəyə şahidi olduq. Bu, birbaşa olaraq bu ərazinin iqtisadi potensialının artırılmasına xidmət edəcək investisiyaların qoyuluşu və açılışların edilməsidir. Unutmamalıyıq ki, bu ərazilər birbaşa olaraq Zəngəzur dəhlizinin keçəcəyi ərazilərlə eynidir və Naxçıvanla Şərqi Zəngəzuru məhz bu ərazilər birləşdirəcək. Həmçinin burada çox böyük nəqliyyat şəbəkəsi formalaşacaq, yük daşımaları da məhz bu ərazilərdən həyata keçiriləcək. Hazırda bununla əlaqədar çox böyük işlər görülür və məhz bu ərazilərdə də ən yaxın zamanda keçmiş məcburi köçkünlərimiz öz dava yurdlarında yaşayacaq, işləyəcək və bu ərazini cənnət məkana çevirəcəklər".

“ Türkiyənin Azərbaycanın yanında olması və Zəngilan Beynəlxalq Hava Limanının açılışında Ərdoğanın böyük nümayəndə heyəti ilə iştirak etməsi Azərbaycana həm siyasi, həm iqtisadi, həm mənəvi, həm mədəni dəstəyin bir daha nümayiş etdirilməsidir. Deyə bilərik ki, bu gün Qafqazda, Cənubi Qafqazda bütün geostrateji yanaşmalar və Qafqaz uğrunda gedən mübarizələr tamamilə fərqli bir macəraya daşınıb. Bu gün Azərbaycanın yaratdığı yeni reallığı təəssüflər olsun ki, qəbul edə bilməyən güclər, qüvvələr və erməni havadarları var. Ancaq məhz Türkiyənin Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək bütün bu fərqli yanaşmaları alt-üst edir", - N.Həmzəyev əlavə edib.

Paylaş:
920

Son xəbərlər

Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22
Bütün xəbərlər