ABŞ İrana qarşı olan sanksiyalara qoşuldu

Bu gün BMT-nin Təhlükəsizlik Şurasının iclasında İranın Rusiyaya PUA-lar göndərməsinin qarşısının alınması üçün Birləşmiş Ştatlar digər ölkələrin başlatdığı sanksiyalara qoşulub.
1news.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.
İclas zamanı Təhlükəsizlik Şurasının üzvləri üçün, bu növ təhlükəli silahın ötürülməsi barədə xəbərlərə əsasən BMT Katibliyi tərəfindən ekspert brifinqi keçirilib:
“Biz Rusiyanın İrandan PUA-lar alması və bunun BMT TŞ 2231 saylı qətnaməsinin şərtlərini pozması səbəbi ilə ciddi narahatlığımızı bildirir və onlardan bunu dayandırmağı tələb edirik”, - deyə bildirilib.
Qeyd edək ki, sözügedən sanksiyaları Birləşmiş Krallıq və Fransa başladıb.
Aynurə Xudaverdiyeva
1news.az