Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxdı | 1news.az | Xəbərlər
Dünya

Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxdı

14:26 - 27 / 10 / 2022
Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxdı

Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxıb.

1news.az xəbər verir ki, bu barədə Tibbi Bioloji Federal Agentliyin rəhbəri Veronika Skvartsova bildirib.

Onun sözlərinə görə, "Konvasel" adlanan peyvəndin COVID-19-un yeni variantı olan “Cerberus”a qarşı da təsirli olacağı gözlənilir.

Qeyd edək ki, Rusiyada COVID-19 əleyhinə indiyə kimi, “Sputnik V”, “Sputnik layt”, “Epivakcorona” və “Covivak” vaksinləri dövriyyədə olub.

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər