Əli Əsədov Qriqoryanın cavabını verdi
Baş nazir Əli Əsədov Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycan barədə qərəzli çıxışına cavab verib.
1news.az xəbər verir ki, Baş nazir deyib ki, fəlsəfədə əxlaq deyilən bir anlayış var.
Əli Əsədov vurğulayıb ki, bu, insanlara da, dövlətlərə də aiddir: “Azərbaycanın suveren ərazisi müzakirə olunmur. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır!”. Azərbaycanın ərazisində Dağlıq Qarabağ deyilən bir şey yoxdur”.
Qeyd edək ki, Mher Qriqoryan Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü, Qarabağda ermənilərin hüquqlarını pozmaqda ittiham edir.
494