Prezident Rusiya Baş nazirinin birinci müavinini qəbul etdi
Prezident İlham Əliyev oktyabrın 28-də Rusiya Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
1news.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edilib, ticarət dövriyyəsinin artımı vurğulanıb.
Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
337