“Dövlətlərarası münasibətlərin qurulması ilə razıyıq”
“Ermənistan Rusiyanın təqdim etdiyi Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabr ayının əvvəlində razılıq verib”.
1news.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan öz rəsmi tviter hesabında qeyd edib.
Onun sözlərinə görə, Ermənistan bunu Soçidə təsdiq etməyə hazırdır.
“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - deyə Paşinyan qeyd edib.
675