“Türk şəhidliyi” abidəsi ziyarət olunub | 1news.az | Xəbərlər
Siyasət

“Türk şəhidliyi” abidəsi ziyarət olunub

1news Redaksiyası13:27 - 29 / 10 / 2022
“Türk şəhidliyi” abidəsi ziyarət olunub

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı “twiter”də yazıb.

“Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”, - deyə paylaşımda qeyd olunub.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər