Norveç sabahdan döyüşə hazırlıq səviyyəsini artıracaq

Norveç Silahlı Qüvvələri Ukraynadakı münaqişə ilə əlaqədar olaraq, noyabrın 1-dən etibarən döyüşə hazırlıq səviyyəsini artıracaq.
1news.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Store bəyan edib.
O həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət bütün NATO-ya üzv olan ölkələri daha diqqətli olmağa məcbur edir.
“Ölkənin Silahlı Qüvvələrinin qarşısında dayanan ən vacib tapşırıq sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi və yarana biləcək münaqişələrin qarşısını almaqdır. Bu tapşırıqların öhdəsindən gələ bilmək üçün, biz içində olduğumuz vəziyyətə uyğun olaraq fəaliyyətimizi qurmalıyıq”, - o qeyd edib.
Baş nazir həmçinin ölkəsində ordunun hazırlıq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu vurğulayıb.