İranda terror aktında şübhəli bilinən bir nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

İranda terror aktında şübhəli bilinən bir nəfər saxlanıldı

11:08 - 31 / 10 / 2022
İranda terror aktında şübhəli bilinən bir nəfər saxlanıldı

İranın Şiraz şəhərində terror törətməkdə əli olan daha bir nəfər saxlanılıb.

1news.az Apa-ya istinadla xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri İsmail Xətib deyib.

O bildirib ki, ötən gecə aparılan əməliyyat tədbirləri nəticəsində terrorun təşkilində əli olan daha bir nəfər həbs olunub.

İ. Xətib saxlanılan şəxsin kimliyi və harada saxlanıldığı barədə əlavə məlumat verməyib.

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər