Qazaxıstanda qatar avtomobillə toqquşdu - 6 nəfər ÖLDÜ | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda qatar avtomobillə toqquşdu - 6 nəfər ÖLDÜ

10:50 - 01 / 11 / 2022
Qazaxıstanda qatar avtomobillə toqquşdu - 6 nəfər ÖLDÜ

Qazaxıstanın Cambul vilayətində sərnişin qatarı ilə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

1news.az xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişin qatarı “Audi” markalı maşını dəmiryolu keçidində vurub.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər