Hindistanda insan əti yeyən tayfa - Onlar kimlərdir? - FOTOLAR
Dünyada çoxlu sayda xalqlar mövcuddur.
Hər birinin müxtəlif milli və dini adətləri var. Lakin Hindistanda yaşayan bir tayfa var ki, onlar insan əti yeyir, süfrələrində heyvanları əyləşdirib yeməklərini onlarla bölüşürlər. Bu tayfanın adı Aqxoridir.
1news.az xəbər verir ki, Aqxorilər Hindistanın ən ən çətin yerlərdə yaşayan tayfalarıdır. Ən hündür yerlərdə, ən qaranlıq meşələrdə, ən soyuq və ən isti ərazilərdə, qarda, buzda, qəbiristanlıqlarda və s. yaşaya bilirlər. Hər şeyin tanrıdan gəldiyinə inanırlar və hər şeyi olduğu kimi qəbul edirlər. Məsələn, onlar düşünürlər ki, yeni dünyaya gələn bir uşaq üçün oyuncaq da, çöp də, nəcis də eynidir. Uşaq bunlar arasında fərq qoymur. Amma böyüdükcə cəmiyyətin uşağa nəyin pis, nəyin yaxşı olduğunu yeritməsi ilə onu bu formada hər şeyi ayırmağa məcbur edir. Burada da “hər şey Tanrıdan gəlirsə, niyə hər şeyi belə ayırırıq” fikri çıxır.
Aqxorilər heç nəyi, heç kimi ayırmırlar. Ölən yaxınlarının cəsədlərini yeyirlər. Təbii ki, cəsəd yemək üçün kimisə öldürmürlər. İnsan sümüklərindən bəzək əşyaları və alətlər hazırlayırlar. Yandırılmış cəsədlərin küllərini bədənlərinə sürtürlər. Çox vaxt çılpaq gəzirlər. Çünki bədənlərini olduğu kimi qəbul etdiklərini bildirirlər. Heç vaxt saçlarını kəsmirlər. Hər zaman qidalarını başqa heyvanlarla paylaşırlar. Tapdıqları hər şeyi ayırmadan yeyə bilirlər.
Aqxorilər cəsədlərlə cinsi əlaqəyə girirlər. Çünki cəmiyyət tərəfindən çirkin qəbul edilən şeylərdə bir saflıq olduğunu düşünürlər. Öz sidiklərini içirlər, nəcislərini yeyirlər. Onların əsas şərtləri ürəklərində nifrət daşımamaqdır. Deyirlər ki, heç bir Aqxorinin ürəyində nifrət olmamalıdır.
Xüsusi gücləri olduğuna inanırlar və müalicəsi olmayan xəstəlikləri müalicə etdiklərini iddia edirlər. Deyilənə görə, cəsədləri yandırarkən yağlarını götürürlər və onun çox müalicəvi olduğuna inanırlar. Ölülər ilə danışmaq üçün qara magiyadan istifadə edirlər.
Aqxorilər inanclarına çox bağlıdılar və bizə nə qədər iyrənc görünsə də, onlar öz inanclarında çox səmimidilər. İnancdır da, hörmət edək...
Aynurə Xudaverdiyeva